İstismar boruları

maye-qaz qarışığını quyu dibindən yer səthinə qaldırmaq üçün quyuya buraxılan borular. İ.b. D, K, E, L, M markalı yüksək mexaniki xasəli poladan, qaynaqsız hazırlanır. Muftalarla birləşdirilmiş İ.b. boru kəmərini təşkil edir. Azərbaycan Respublikasının neft sənayesində daxili səthi şüşə, emal, epoksid qatranı və s. ilə örtülmüş (parafinləşməyə qarşı tədbir kimi) İ.b.-dan istifadə olunur.
İnklinometr
İştirak müqaviləsi, asosiasiya müqaviləsi
OBASTAN VİKİ
İstismar
İstismar - istənilən şeyin tükənməsi hesabına istifadəsi. Texniki istismar - istifadə müddəti dövründə, məmulatdan (əmək alətləri, qurğular, texniki sistem və s.) yararlanma prosesi. Təbiətin - təbii qaynaqların - yataqların, münbit torpağın, meşələrin və suların, ovçu və balıqçı örüşlərinin istismarı. İnsanın istismarı - marksist siyasi-iqtisadına aid anlayış. Başqa insanın əməyinin nəticələrinin bir hissəsinin qarşılıqsız mənimsənilməsi.
Mənzil İstismar Sahəsi
Mənzil kommunal istismar sahəsi (rusca: Жилищно-эксплуатационная контора (ЖЭК)) Sovet İttifaqında, sonra isə bir sıra MDB ölkələrində mövcud olan mənzil-kommunal təsərrüfatı müəssisəsidir. Rayon mənzil idarəsi, yerli hakimiyyət orqanları tərəfindən idarə olunur. Bir sıra MDB ölkələrində ləğv edilsə də, Azərbaycanın şəhər və rayonlarında hələ də mövcudluğunu qorumaqdadır. Müxtəlif yaşayış məntəqələrində onun da adları var idi: mənzil istismar xidməti (ZhES), mənzil istismar idarəsi (ZhEU), təmir və istismar idarəsi (REU), təmir və istismar müəssisəsi (REP). SSRİ dövlət mənzil fondunun bir sıra standart evlərinə xidmət göstərmək üçün yaradılmışdır. Yuxarıda göstərilən təşkilatların rəhbərləri Sovet İttifaqında pasport sistemi qaydalarına riayət etmək üçün məsuliyyət daşıyırdılar..
Xidmət Boruları Sərgi Binası
Xidmət Boruları Sərgi Binası (共同溝展示館, Kyodo Kotencikan) və ya daha çox tanınan adı ilə K-Muzey – Yaponiyanın paytaxtı Tokio şəhərinin Koto rayonunun Ariake bölgəsində yerləşən bina. Qəzaya uğramış kosmik gəmini xatırladan görünüşə malik binada fəaliyyətsiz muzey yerləşir. Bina 1996-cı ildə keçirilməsi planlaşdırılan Dünya Şəhər Ekspo tədbirinin simvollarından biri olması üçün tikilmişdir. Memarı Makoto Sey Vatanabe olmuşdur. Lakin tədbir ləğv olunduğu üçün davam işləri dayandırılmış və ətraf ərazidə gəzinti parkı yaradılmışdır. 1997-2001-ci illərdə binada K-Muzey adlı müəssisə yerləşirdi. Tokio Port və Liman Bürosu tərəfindən idarə olunmuş bu muzey Ariake bölgəsindəki ictimai xidmət boruları sisteminə həsr olunmuş, şəhərdəki elektrik xətlərini və su boruları haqqında məlumat vermişdir. Lakin muzey populyar ola bilməmiş, ziyarətçilərin azlığı səbəbilə cəmi 4 il ərzində bağlanmışdır. K-Muzeyin rəsmi bəyanətinə əsasən muzey "müvəqqəti bağlanıb", lakin uzun müddət bağlı olduğu üçün dəqiq statusu məlum deyil. Muzey binası xidmət borularını nümayiş etdirmək üçün tikildiyindən interyeri yeraltı boruları xatırladacaq formada dizayn edilmişdir.
Avstriyada Katolik Kilsəsində cinsi istismar halları
Avstriyadakı cinsi zorakılıq qalmaqalı müxtəlif Qərb yurisdiksiyalarında katolik kilsələrinin cinsi təcavüz qalmaqalları silsiləsində cinayət işinin əsas hissələrindən biridir. Ona görə qərb ölkələrində baş vermiş həmin qalmaqallardan onu xüsusilə qeyd etmək lazımdır. == Kardinal Qroer == Kardinal alm. Hans Hermann Groër‎ cinsi sui-istifadə ittihamı ilə II İohann Paul tərəfindən Vyana arxiyepiskopu vəzifəsindən uzaqlaşdırıldı. Papa Qroerin 75 illik yubileyi münasibətilə yazdığı istefa məktubunu rəsmi olaraq qəbul etdi. Ölümünə qədər iddiaları ictimaiyyət qarşısında şərh etməkdən qəti şəkildə imtina edən Qroer cinsi istismar qalmaqallarında iştirak edən ən yüksək səviyyəli katolik ruhanilərindən biri idi. Qroer bir neçə ay Drezdendə qaldı və daha sonra təqaüdə çıxdı. O, 83 yaşında Sankt Pöltendə vəfat etdi və Avstriyanın Marienfeld şəhərindəki Sistersiya qəbiristanlığında dəfn edildi. == Sankt Pölten seminariyası == Yepiskop Kurt Krenn 2004-cü ildə seminariyada bir tələbə tərəfindən yükləndiyi iddia edilən uşaq pornoqrafiyası ilə bağlı qalmaqaldan sonra tutduğu vəzifədən istefa verməli oldu. Seminariyada birinin kompüterində 40.000-ə qədər fotoşəkil və açıqlanmayan sayda filmlər, o cümlədən uşaq pornoqrafiyası tapıldı, lakin Krenn bu görüntüləri "uşaq oyunu" adlandıraraq çoxlarını qəzəbləndirdi.